İmtahan suallarının düzgün cavabları açıqlandı

İmtahan suallarının düzgün cavabları açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 11-də keçirilən imtahanlarda istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Mənbə: publika.az