Aparıcı Sərxan Kərəmoğlu müğənni Şəbnəm Tovuzlu ilə bağlı qalmaqallı açıqlama verib.
Bu barədə o, “Rəngarəng”də danışıb.
Sərxan deyib ki, toyda o, oxusa da, şabaş Şəbnəmə verilib:
“Toy sahibi Şəbnəmin 5 dəqiqə əyləşməsinə imkan vermir. Deyir ki, Sərxan oxuyursa, onun da yanında durmalısan, çünki pul vermişəm. Mənə də deyir ki, ödəniş etmişəm, Şəbnəm yanında dayanmalıdır. Deyirəm, mən oxuyuram, Şəbnəmi yanımda nə edirəm?
Sankt-Peterburqda toydayıq, eyni mahnını 3 dəfə oxudum, pulu Şəbnəmə verdilər. Axırda dedim, ay qız, çıx get, heç olmasa, şabaşı mənə versinlər. Mən oxuyuram, oynayıram, pulu sənə verirlər. Oradan 5 manat çıxarıb mənə vermədilər”.
Mənbə: bizim.media