Şuşada Bülbülün ev-muzeyini ziyarət edən Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev öz təəssüratlarını bölüşüb.
Ukraynalı diplomat bu barədə“X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Şuşa şəhərinə səfərim zamanı əfsanəvi opera müğənnisi Bülbülün ev-muzeyini ziyarət etmək şərəfinə nail oldum. Onun oğlu Polad Bülbüloğlu - tanınmış bəstəkar, diplomat və mədəniyyət xadimi ilə tanış olmaq mənim üçün xüsusi imtiyaz idi. Onun Ukraynaya dəstəyinə görə minnətdaram", - Y.Qusev yazıb.
Mənbə: report.az