Azərbaycanda rus dilində tədris mərhələli olaraq dayandırılır - RƏSMİ

Azərbaycanda rus dilində tədris mərhələli olaraq dayandırılır -

2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq.

Bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq.

Məlumata görə, hazırda rus sektorunda təhsil alan tələbələr avqustun 20-dək Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər. İmtahandan uğurla keçən tələbələr müvafiq olaraq azərbaycan dilində tədris olunan ixtisasa keçiriləcək. İmtahandan keçə bilməyən tələbələr isə təhsillərini davam etdirə bilməyəcəklər. İngilis dilində tədrisə keçmək istəyən tələbələr üçün avqustun 5-dən etibarən onlayn dil attestasiyası təşkil olunacaq.

Qeyd olunur ki, bu proses milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyi məsələni nə təsdiq, nə təkzib edib. Qurumun məsələ ilə bağlı açıqlaması gözlənilir.

Mənbə: yenisabah.az