Handenin bu hərəkəti tənqid edildi - Video

Handenin bu hərəkəti tənqid edildi -

Xəbər verdiyimiz kimi, “Gəzi Parkı” hadisələri ilə bağlı həbs olunan menecer Ayşe Barım ötən gün ilk dəfə hakim qarşısına çıxıb. Barımın şirkəti ilə əməkdaşlıq edən məşhurlar onu dəstəkləmək üçün məhkəməyə axın edib.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, onlar arasında aktrisa Hande Erçel də olub.

Erçelin telefondan başını qaldırmaması və gülməsi kameralardan yayınmayıb.

Onun bu görüntüləri sosial şəbəkə izləyicələri tərəfindən birmənalı qarşılanmayıb və aktrisanı tənqid ediblər.

Qeyd edək ki, məhkəmə Barımın həbsxanada qalmasına qərar verib. Qərar açıqlandıqdan sonra isə bir çox məşhur sima ağlayaraq ədliyyə binasını tərk edib.

Mənbə: qafqazinfo.az