Əməkdar artist Elza Seyidcahan ad gününü nəvələri ilə birgə qeyd edib.
57 yaşını qeyd edən müğənni bu barədə özü paylaşım edib.
O, paylaşımına bu sözləri yazıb: “Həmişə saat 21:00-da yatan nəvələrim indi gecə saat 00:00-da məni gözləyiblər ki, ad günümü təbrik etsinlər. Ay bunlara heyran olum! Səmərrux mənə kağızdan gül çələngi hazırlayıb, İsa və Səmral da çox sevinir. Maşallah, həmişə sevinirlər”.
Qeyd edək ki, Səmərrux və İsa ifaçının qızı Gülşənin övladlarıdır. Seyidcahanın bir oğlu da var.



Mənbə: qafqazinfo.az