Bu qurumlar birləşdirildi

Bu qurumlar birləşdirildi

Səhiyyə naziri Teymur Musayevin əmri ilə Gəncə şəhər Psixo-Nevroloji Dispanseri Gəncə şəhər Psixatriya Xəstəxanasının tabeliyinə verilib. Bununla da dispanser şöbə kimi fəaliyyət göstərəcək.

Teleqraf- a istinadən xəbər verilir ki, artıq işçilərin bir hissəsi Gəncə Psixatriya Xəstəxanasına yerləşdirilib.

Məlumat üçün bildirək ki, sözügedən quruma bu günlərdə yeni baş həkim də təyin olunub.

Mənbə: publika.az