Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən 32 tibb müəssisəsində əsaslı təmir işlərinin aparılması planlaşdırılır.
Bunun üçün İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 2 milyon 618 min manat ayrılıb.
İşlər əsasən tibb müəssisələrinin rentgen və flüoqrafiya otaqlarını, həkim otaqlarını, idarəetmə və köməkçi sahələrini əhatə edəcək.
Qeyd edək ki, məqsəd tibb müəssisələrində köhnəlmiş və yararsız sahələri yeniləmək, həkimlərin daha rahat işləməsinə və xəstələrin daha uyğun şəraitdə tibbi xidmət almasına imkan yaratmaqdır.
Xüsusilə rentgen və flüoqrafiya otaqlarının təmiri bu sahələrin daha funksional və müasir tələblərə uyğun təşkilinə kömək edə bilər. Ümumilikdə isə təmir nəticəsində tibb müəssisələrinin sanitar vəziyyətinin, iş şəraitinin və pasiyentlər üçün yaradılan mühitin yaxşılaşdırılması gözlənilir.
Mənbə: azxeber.com