2026-cı il fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibləri bəlli olub.
Bu barədə “Forbes” nəşri məlumat yayıb.
Mükafata amerikalı alim Karl Deyserot, eləcə də almaniyalı alimlər Peter Hegeman və Corc Neyql layiq görülüblər.
Məlumata görə, alimlər işıqla idarə olunan ion kanalları və optogenetika sahəsindəki kəşflərinə görə mükafatlandırılıblar.
Onların elmi araşdırmaları xüsusilə neyronların fəaliyyətinin işıq vasitəsilə dəqiq idarə edilməsinə imkan verən optogenetika metodunun inkişafında mühüm rol oynayıb.
Qeyd edək ki, 2026-cı ilin Nobel həftəsi bu gün başlayıb və oktyabrın 12-dək davam edəcək. Bu müddət ərzində altı kateqoriya üzrə laureatlar elan olunacaq.

Müəllif: Roza
Mənbə: publika.az