Baş həkim əmri verildiyi gün işdən çıxarıldı

Baş həkim əmri verildiyi gün işdən çıxarıldı

TƏBİB-in Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsindən azad edilib.

TƏBİB sədri Vüqar Qurbanov 2023-cü il noyabr ayının 23-də Qusar xəstəxanasına direktor təyin etdiyi Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında-fevralın 23-də xitam verib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, yeni baş direktor sınaq müddətində özünü doğrulda bilməyib.

Qusar rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya fakt təsdiqlənib.

Bildirilib ki, TƏBİB-dən Pərviz Məhsimovun müqaviləsinə xitam verilməsi barədə məktub daxil olub.//Bizim.media

Mənbə: demokrat.az