Xərçəngin universal müalicəsi tapıldı

Xərçəngin universal müalicəsi tapıldı

Alimlər xərçəngin universal müalicəsini tapıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yapon alimləri qrupu müxtəlif xərçəng növlərini potensial olaraq müalicə edə bilən yeni universal üsul tapıb. 

Bu konsepsiya xərçəng hüceyrələrində toplanan akrolein birləşməsinin xüsusiyyətinə əsaslanır. Bunun üçün alimlər yalnız şiş hüceyrələrini öldürən azidlə qarşılıqlı əlaqə zamanı aktivləşən astatin-211 maddəsini yeridiblər. Astatin-211 parçalandıqda az miqdarda alfa hissəcikləri buraxan bir radionukliddir. Radiasiya terapiyasının digər formaları ilə müqayisədə alfa hissəcikləri xərçəng hüceyrələrini öldürməkdə daha effektivdir. 

Tədqiqatçılar vurğulayırlar ki, birləşmə qana daxil olsa belə, əhəmiyyətli nəticələr əldə edilir. Bu o deməkdir ki, bu üsul şişin harada yerləşdiyi bilinməyən çox erkən mərhələdə xərçəngin müalicəsində istifadə edilə bilər. Hazırda, bu yanaşma xərçəngin hüceyrə səviyyəsində vizuallaşdırılması və diaqnozu üçün bir yol kimi klinik sınaqlardan keçirilir. 

Mənbə: lent.az