Qondarma rejimin sabiq “müdafiə naziri” Samvel Babayanın Ermənistanın İctimai Televiziya Şirkətinə müsahibəsi müxalif fikirli simaların, vətəndaşların, hətta media menecerlərinin və Ermənistan Jurnalistlər Birliyinin qəzəbinə səbəb olub.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, müsahibə zamanı Babayan separatçı qurumun “hakimiyyət orqanları”nın çatışmazlıqlarından danışıb:
“Samvel Babayan açıqlamasında “Artsax xalqı”na qarşı əsassız ittihamlar və nifrət sözləri yağdırmışdı. O, uğursuz müharibənin və “Artsax”ın boşaldılmasının bütün günahını Nikol Paşinyanı müqəddəsləşdirərək, “Artsax”ın keçmiş və indiki “hakimiyyəti”nin üzərinə atmağa çalışıb”.
Xatırladaq ki, adı Azərbaycanın “qara siyahı”sında olan S. Babayan gizli yollarla Qarabağdan Ermənistana qaçıb. O, keçmiş separatçı-xuntada “müxalif fraksiya” rəhbəri kimi Araik Arutyunyanın “hakimiyyəti” dövründə onu sərt tənqidlər etməsi ilə yadda qalmışdı.
Qeyd edək ki, lokal antiterror əməliyyatlarından öncə S.Babayanın özü Azərbaycanın reinteqrasiya təkliflərinə müsbət baxan simalardan biri olub.
Mənbə: yenisabah.az