“Türkiyə atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür töhfəni verməyə hazırdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransız həmkarı Emmanuel Makronla telefon danışığında deyib.
Ərdoğan Ukrayna və Rusiya arasında müharibənin sona çatması yolunda tarixi dönüş nöqtəsinin əldə edildiyini bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiya lideri Vladimir Putin həmkarından Türkiyənin ev sahibliyi məsələsi ilə bağlı türkiyəli həmkarından xahiş etmişdi.
Mənbə: qafqazinfo.az