İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilir:
“Gürcüstana səfər çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvilinin (@GharibashviliGe) qəbulunda oldum. Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafının ölkələrimiz üçün faydalarının, iqtisadi tərəfdaşlığın gücləndirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğuladıq”.
Mənbə: oxu.az