Saakyan, Qukasyan və Arutyunyan da həbs olunmaq təhlükəsi altındadır

Saakyan, Qukasyan və Arutyunyan da həbs olunmaq təhlükəsi altındadır

Hazırda Xankəndidəki keçmiş qondarma qurumun “prezidenti” elan olunan Samvel Şahramanyan Azərbaycan tərəfi ilə separatçıların hərbi-siyasi rəhbərliyinin Qarabağı təhlükəsiz tərk etməsi məsələsi ilə bağlı danışıqlar aparır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq” radiosuna hökumətyönlü dairələr bildirib.

Mənbə qeyd edir ki, qondarma qurumun üç keçmiş rəhbəri - Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan, həmçinin keçmiş “xarici işlər naziri” David Babayan həbs olunmaq təhlükəsi altındadır.

Bundan başqa, Reuters yazır ki, Azərbaycanda müxtəlif ittihamlarla həbs ediləcək iki yüzə yaxın erməninin siyahısı var.

Mənbə: bizim.media