Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”

Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı -

Hakimin son söz üçün vaxt verdiyi Respublika Perinatal Mərkəzinin eks-direktoru Mehriban Abasquliyeva məhkəməyə qayıtmayıb.

Vəkil deyib ki, fasilə zamanı müvəkkilinin səhhəti pisləşib və o, təcili olaraq xəstəxanaya çatdırılıb.

Hakim Leyla Əsgərova Məmmədova isə bu məlumatın dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyinə və təqsirləndirilən şəxsin yerləşdirildiyi deyilən tibb müəssisəsinə sorğu göndəriləcəyini deyib.

Hakim əlavə edib ki, məhkəmədən qəsdən yayınma halı müəyyən ediləcəyi halda təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri həbslə əvəz oluna bilər. O, bu xəbərdarlığın birbaşa Mehriban Abasquliyevaya çatdırılmasını da tələb edib.

Gözlənilməz vəziyyət yarandığından sonuncu proses sabahadək təxirə salınıb.

Mənbə: qafqazinfo.az