NATO daxilində Ukraynanın alyansa üzvlüyü məsələsində hazırda yekdil mövqe yoxdur.
Bu barədə NATO-nun baş katibi Mark Rütte Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında danışıb.
“Praktik tərəfi ondan ibarətdir ki, hazırda bu məsələyə yekdil dəstək yoxdur”, - deyə Rütte bildirib.
Mənbə: apa.az