Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) Mersinin Mezitli rayonunun bələdiyyə sədri Sərxan Tuncər və Bolu bələdiyyə sədri Tanju Özcan partiyadan çıxarılmaları tələbi ilə İntizam Komissiyasına göndərilib.
Bu barədə CHP-nin sözçüsü Müslüm Sarı partiyanın Mərkəzi İdarə Heyətinin (MYK) iclasından sonra məlumat verib.
Onun sözlərinə görə, iclasda ölkədəki siyasi vəziyyət və partiyada son dövrlərdə baş verən hadisələr müzakirə olunub.
CHP-nin sözçüsü bildirib ki, Sərxan Tuncər və Tanju Özcanın partiyadan çıxarılması ilə bağlı yekun qərarı İntizam Komissiyası verəcək.
Mənbə: qafqazinfo.az