"Mən diktator deyiləm" - Lukaşenko

"Mən diktator deyiləm" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko artıq diktator adlandırılmadığını qeyd edib.

O, bunu "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə bildirib.

"Mən diktator deyiləm, çünki heç kimə bir şey diktə etmək üçün resurslarım yoxdur", - deyə o qeyd edib.

Lukaşenkonun sözlərinə görə, Avropa liderlərindən heç biri onu diktator adlandırmır.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az