NATO Türkiyənin daha bir şəhərində hava hücumundan müdafiə sistemi quraşdıracaq.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
İtaliyaya məxsus "SAMP/T" hava hücumundan müdafiə sistemi Konya 3-cü əsas hava bazasına yerləşdiriləcək.
Nazirliyin açıqlamasında bildirilib ki, məqsəd hava hücumundan müdafiə qabiliyyətini gücləndirməkdir.
Mənbə: bizim.media