Kiyevlə Moskva arasında yeni danışıqlar prosesi bu yay tuta bilər.
Bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.
Alman nazir hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin artıq danışıqlara açıqdır.
"İnanıram ki, bu yay danışıqlara başlamaq üçün şans var. O, yəqin ki, bunu ciddi şəkildə nəzərdən keçirdiyi nöqtədədir", - Vadeful vurğulayıb.
Onun sözlərinə görə, hazırda müharibə heç bir tərəfə həlledici hərbi üstünlük gətirmir.
Vadeful qeyd edib ki, Ukrayna bütün bu müddət ərzində danışıqlara hazır olub: “İndi Putin danışıqlar aparmaq, yoxsa atəş açmağa davam etmək istədiyinə qərar verməlidir".
Alman nazir əlavə edib ki, Putin müharibənin davam etdirilməsinin həqiqətən heç bir məna kəsb etmədiyini anlamalıdır.
"Sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərərkən Ukraynaya dəstək azalmayacaq. O, ayıq-sayıq şəkildə nəticə çıxarmalıdır ki, indi danışıqlar üçün ən uyğun vaxtdır. Münaqişələrin həlli prosesini qurmaq üçün real imkan var", - Vadeful qeyd edib.
Mürtəza
Mənbə: olke.az