Hamı şəkil çəkdirməyə qalxsa da, Tramp yerindən durmadı

Hamı şəkil çəkdirməyə qalxsa da, Tramp yerindən durmadı

ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən sammitdə G7 liderləri ilə şəkil çəkdirməkdən imtina edib.

Sammit C-SPAN kanalı tərəfindən yayımlanıb.

Belə ki, G7 sammitindən sonra Fransa Prezidenti Emmanuel Makron iştirakçılardan qrup şəkili çəkmək üçün kamera qarşısına keçmələrini istəyib.

Zirvə toplantısının bütün iştirakçıları onun tələbini yerinə yetirsə də, Ağ Ev rəhbəri yerindən qalxmayıb.

Mənbə: qafqazinfo.az