Ukrayna 2026-cı ilin sonunadək azı 10 milyon pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırır və mövcud imkanlar bu göstəricini iki dəfə artırmağa imkan verir.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski “Böyük Yeddilik” (G7) sammiti çərçivəsində keçirdiyi görüşlərin yekununda bildirib.
Zelenskinin sözlərinə görə, ölkədə hərbi texnologiyalar (MilTech) sahəsində də ciddi irəliləyiş əldə olunub. Bu istiqamətə pilotsuz sistemlərin hazırlanması, robot texnologiyaları, proqram təminatı, süni intellekt əsaslı həllər və radioelektron mübarizə vasitələri daxildir.
Ukrayna lideri əlavə edib ki, ölkəsi Rusiyanın enerji və hərbi obyektlərinə uzaqmənzilli dronlarla zərbələri davam etdirəcək. O, həmçinin tərəfdaş ölkələri Rusiya prezidenti Vladimir Putin üzərində təzyiqləri artırmağa çağırıb.
Müəllif: Adəm
Mənbə: publika.az