Tramp: "Ukrayna Rusiya ilə müharibədə yaxşı mübarizə aparır" - VİDEO

Tramp: "Ukrayna Rusiya ilə müharibədə yaxşı mübarizə aparır" -

ABŞ Prezidenti Donald Tramp Rusiya ordusunun resurs baxımından qat-qat böyük olmasına baxmayaraq, Ukraynanın müharibədə kifayət qədər yaxşı nəticə göstərdiyini bəyan edib.

Ağ Ev rəhbəri mövzu ilə bağlı fikirlərini bu cür ifadə edib:

"Onlar kifayət qədər yaxşı mübarizə aparırlar. Rusiya böyük ölkədir, çox böyük... Bilirsiniz ki, onun ordusu da qat-qat çoxdur. Lakin ukraynalılar əla tab gətirirlər. Onların möhtəşəm silahları var. Unutmayın ki, bu, bizim texnikamızdır. Və onlar həqiqətən də yaxşı nəticələr nümayiş etdirirlər".

Mənbə: bizim.media