“Ötən bir neçə ildə əhalimizin demək olar ki, 30 faizindən çoxunu əhatə edən bir neçə sosial dəstək layihəsini icra etmişik”.
Bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.
“Yoxsulluğun və işsizliyin azaldılması da hədəflərimizdən biri idi və biz buna uğurla nail olduq. Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir. Məşğulluqla bağlı olan məsələlər əhalisi artmaqda olan istənilən digər ölkə kimi, bizim də diqqətimizin mərkəzində olacaq. Çünki əhali artdığı zaman, - təəssüf ki, müsəlman ölkələrində bu tendensiyanın davam etdiyini hamımız bilirik, - bunun, eyni zamanda, özü ilə bir çox çağırışlar gətirdiyini də bilirik. Çünki siz iş yerləri yaratmalısınız, daha çox sosial infrastruktur və ümumiyyətlə, infrastruktur qurmalısınız. Beləliklə, bu məsələ - işsizlik səviyyəsinin çox aşağı səviyyədə saxlanılması həmişə diqqət mərkəzində olacaq”, - deyə Prezident əlavə edib.
Mənbə: qafqazinfo.az