Münaqişənin qış gəlməmiş diplomatik səylər və Rusiyaya təzyiqin artırılması hesabına başa çatdırılacağına ümid edirik.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, döyüş əməliyyatları daha bir qış mövsümünə qədər uzanarsa, ölkəyə əlavə beynəlxalq dəstək paketi lazım olacaq.
Bu paketə təbii qaz, dizel yanacağı, enerji avadanlıqları və hava hücumundan müdafiə sistemləri üçün ən azı 300 raketin daxil edilməsi nəzərdə tutulur.
Volodimir Zelenski həmçinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bəyan edib.
Mənbə: www.bakupost.az