Aİ Türkiyə ilə əməkdaşlığı davam etdirməyə məcburdur - Kallas

Aİ Türkiyə ilə əməkdaşlığı davam etdirməyə məcburdur - Kallas

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Türkiyənin bölgədə mühüm aktor olduğunu deyib.

Kallas bu barədə Yunanıstanın “Ta Nea” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aİ Ankara ilə hər məsələdə eyni mövqeni paylaşmasa da, geosiyasi reallıqlar Türkiyə ilə əməkdaşlığı zəruri edir.

“Türkiyə ilə bütün məsələlərdə razı deyilik, lakin miqrasiya, ticarət və enerji sahələrində onlarla işləməyə məcburuq”, - deyə o vurğulayıb.

Kallas Türkiyənin Somali, Sudan və Yaxın Şərqdə mühüm rol oynadığını vurğulayaraq, Aİ-nin regional təhlükəsizlik və müdafiə sahəsində Ankara ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

O, həmçinin Avropa ölkələrinin əksəriyyətinin NATO çərçivəsində Türkiyə ilə müdafiə sahəsində daha sıx əməkdaşlığı dəstəklədiyini qeyd edib.

Müəllif: Roza

Mənbə: publika.az