Türkiyədə CHP daxilində yeni partiyanın yaradılması ilə bağlı iddialar gündəmdə olduğu vaxtda Məhərrəm İncə mövqeyini açıqlayıb.
Özgür Özəlin dəvəti ilə ötən il yenidən CHP-yə qayıdan İncə yaradılacaq yeni partiyaya keçməyəcəyini və CHP-də qalacağını açıqlayıb.
"Mən CHP-də qalacağam. Ayrılıb sonradan geri qayıtmağa məcbur qalmağın nə demək olduğunu yaşamışam", - deyə o bildirib.
Qeyd edək ki, CHP-nin keçmiş sədri Özgür Özəlin onu dəstəkləyən deputatlarla birlikdə yeni partiya yaratmağa hazırlaşdığı iddia olunur.
Müəllif: Roza
Mənbə: publika.az