Netanyahunun siyasəti regionu məhvə aparır - Hakan Fidan

Netanyahunun siyasəti regionu məhvə aparır -

Benyamin Netanyahunun ekspansionist siyasəti regionda xaosu, qeyri-sabitliyi, müharibəni, soyqırımını və dağıntıları təşviq edir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

O, İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətini sərt tənqid edib.

Hakan Fidan qeyd edib ki, Türkiyə bu siyasətin dayandırılması üçün beynəlxalq ictimaiyyət və tərəfdaş ölkələrlə müzakirələri davam etdirir.

Müəllif: Roza

Mənbə: publika.az