“ABŞ danışıqlar prosesi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozacağı təqdirdə, İran buna döyüş meydanında cavab verəcək”.
Bu sözləri İranın müdafiə naziri vəzifəsini icra edən Məcid əl-Rza deyib.
Onun sözlərinə görə, Tehran danışıqlar prosesində qarşı tərəfin öhdəliklərə əməl edib-etmədiyini diqqətlə izləyir.
“Əgər danışıqlar zamanı düşmən tərəfin hər hansı öhdəlik pozuntusunu müşahidə etsək, cavabımız döyüş meydanında veriləcək”, - deyə o bildirib.
Məcid əl-Rza əlavə edib ki, İran həm diplomatik danışıqlar aparmaq, həm də lazım gəldiyi halda hərbi mübarizə aparmaq imkanlarına malikdir.
Mənbə: publika.az