Bu, çox həssas bir məsələdir - Peskov

Bu, çox həssas bir məsələdir -

Rusiya Türkiyəyə tədarük edilən "S-400" hava hücumundan müdafiə raket sistemləri ilə bağlı Türkiyə ilə əlaqə saxlayır.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Türkiyə mediasının Ankaranın ABŞ sanksiyalarından yayınmaq üçün Rusiya "S-400"-lərini Fars körfəzi ölkələrindən birinə satdığına dair məlumatlara münasibət bildirib:

"Bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə əlaqələrimiz olub və bunu davam etdirəcəyik".

Kreml sözçüsündən Ankaranın belə bir satış üçün Moskvadan icazə istəyib-istəmədiyi və əgər belədirsə, Rusiyanın necə cavab verdiyi soruşulub.

Peskov qeyd edib: "Bu, çox həssas bir məsələdir".


Mənbə: yenisabah.az