Həyəcan siqnalına görə sığınacaqda gizlənməli oldu - Video

Həyəcan siqnalına görə sığınacaqda gizlənməli oldu -

Kiyevdə səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen həyəcan siqnalına görə jurnalistlərlə ünsiyyəti yarımçıq kəsməyə və sığınacaqda gizlənməyə məcbur olub.

Bu barədə “Euractiv” nəşri məlumat yayıb.

“Dəbdəbəli “InterContinental” hotelində sirena Ursula fon der Lyayeni və onu müşayiət edən jurnalistləri yeraltı sığınacaqda gizlənməyə məcbur edib”, - məlumatda deyilir.

Həyəcan siqnalına səbəb olan Rusiya dronunun Kiyev üzərində vurulduğu bildirilir.

Xatırladaq ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ötən gün Kiyevə səfər edib.

Mənbə: qafqazinfo.az