Bütün limanlar vurulacaq - İran BƏƏ-ni xəbərdar etdi

Bütün limanlar vurulacaq -

ABŞ ordusu İranda infrastrukturu hədəf alacağı təqdirdə, İslam Respublikasının hərbçiləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bütün limanlarına zərbələr endirə bilər.

Bunu İranın güc strukturlarındakı mənbə "Fars" agentliyinə açıqlayıb.

"ABŞ-nin İranın infrastrukturuna hücum edəcəyi təqdirdə, BƏƏ-nin hava və dəniz limanları dərhal təxliyə edilməlidir", - mənbə bildirib.

Xatırladaq ki, iyulun 18-də ABŞ İranın Buşehr və Hörmüzqan vilayətlərinə zərbələr endirib. İran isə buna cavab olaraq Küveytə hücum edib.

Bizim.Media

Mənbə: bizim.media