İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali lideri olduqdan sonra Müctəba Xamenei ilə şəxsən görüşmədiyini bildirib.
Əraqçinin sözlərinə görə, yeni ali liderlə indiyədək yalnız "çox az sayda seçilmiş şəxs" görüşə bilib.
Nazir vurğulayıb ki, Müctəba Xameneiyə çıxış hələ də son dərəcə məhduddur və onunla üzbəüz görüşmək imkanı olan şəxslərin dairəsi minimum səviyyədədir.
Mənbə: bizim.media