Solovyovdan ruslara ÇAĞIRIŞ - "Təxliyəyə hazırlaşın" - VİDEO

Solovyovdan ruslara ÇAĞIRIŞ - "Təxliyəyə hazırlaşın" -

Rusiyalı teleaparıcı Vladimir Solovyov ölkə vətəndaşlarını mümkün təxliyəyə hazır olmağa çağırıb.

Solovyov payız və qış aylarında Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri artıracağını iddia edib.

Onun sözlərinə görə, bunun nəticəsində Rusiyanın bir sıra bölgələri ağır vəziyyətlə üzləşə bilər.

Teleaparıcı bildirib ki, belə şəraitdə 200-400 min nəfərin Volqaboyu, Ural və Uzaq Şərq regionlarına köçürülməsi məqsədəuyğun olar.


Mənbə: bizim.media