ABŞ Konqresi oktyabrın 1-dək federal administrasiyanın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul etməsə, hökumətin fəaliyyətini dayandırması mümkündür.
Bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
"Sentyabr ayında hökumətin fəaliyyətinin dayandırılması ilə qarşılaşacaqsınız", – o bildirib.
Yanvarın 31-də ABŞ-da qismən "şatdaun" elan edilmiş, fevralın 4-də başa çatmışdı. Buna səbəb isə federal hökumətin fəaliyyəti, Demokrat senatorların Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsinin davam etdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləməməsi idi.
Mənbə: publika.az