Ermənistan Prezidenti xəstəxanaya yerləşdirilib? – Tibb Mərkəzindən AÇIQLAMA

Ermənistan Prezidenti xəstəxanaya yerləşdirilib? – Tibb Mərkəzindən

Ermənistan Prezidenti Vaaqn Xaçatryan planlı tibbi müayinədən keçmək üçün "Nairi" Tibb Mərkəzinə müraciət edib.

Bu barədə Tibb Mərkəzinin nümayəndələri NEWS.am-a bildiriblər.

Mərkəzin açıqlamasına görə, prezident nəzərdə tutulan bütün tibbi müayinələr və prosedurlardan sonra klinikanı tərk edib.

"Nəzərinizə çatdırırıq ki, prezident xəstəxanaya yerləşdirilməyib və stasionar müalicə almayıb", – deyə açıqlamada vurğulanıb.

Bundan əvvəl ArmLur.am nəşri Vaaqn Xaçatryanın səhhətinin pisləşdiyini, infarktöncəsi vəziyyətdə "Nairi" Tibb Mərkəzinə aparıldığını və müayinələrdən sonra evə buraxıldığını iddia etmişdi.

Mənbə: bizim.media