Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini təhlükəli presedent adlandırıb.

Bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

ABŞ Prezidenti Donald Trampın məsələ ilə bağlı son bəyanatını şərh edən Əraqçi bildirib:

“Əsassız tələblər üçün başqa bir dövlətin aktivlərini müsadirə etmək təhrikedici presedentdir. Bu vəsaitlərin istifadəsini alqışlayanlar və ya onlardan fayda götürənlər yadda saxlamalıdırlar: hökumətlər əmlakın müsadirəsini norma hesab etməyə başlayan kimi heç kimin aktivləri qorunmuş hesab edilə bilməz. Yaranan xaos nə gözəl, nə də dinc olacaq”.

Xatırladaq ki, daha əvvəl Donald Tramp yaydığı bəyanatda Hörmüz boğazında zərər görən gəmilərin kompensasiyasının İranın dondurulmuş aktivləri hesabına ödəniləcəyini bildirib.

Mənbə: qafqazinfo.az