Fransa ABŞ-ı Şimali Koreya və Rusiya ilə eyni sıraya qoydu - FOTO

Fransa ABŞ-ı Şimali Koreya və Rusiya ilə eyni sıraya qoydu -

Fransanın BMT-nin Cenevrədəki daimi nümayəndəliyi ABŞ-ın insan hüquqları sahəsindəki mövqeyini sərt tənqid edib.

Nümayəndəliyin yaydığı bəyanatda Vaşinqtonun artıq insan hüquqlarının müdafiəsində nümunə ölkə olmadığı bildirilib.

Bəyanatda deyilir:

"Birləşmiş Ştatlar əvvəllər insan hüquqlarının mayakı idi. Lakin artıq belə deyil. Bu gün o, Şimali Koreya, Nikaraqua, Mali və Rusiya ilə eyni sırada dayanır, təcrid vəziyyətindədir. Dünya artıq ona qulaq asmır".


Fransa tərəfi ABŞ-ın beynəlxalq nüfuzunun zəiflədiyini və insan hüquqları sahəsində əvvəlki lider mövqeyini itirdiyini vurğulayıb.


Mənbə: bizim.media