"Rusiya prezidenti Vladimir Putin heç vaxt administrasiya işçilərinə stasionar və ya mobil telefonla zəng etmir".
Bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
O, jurnalist Aleksandr Yunaşevlə söhbəti zamanı deyib ki, Kreml rəhbəri daim xüsusi əlaqə vasitəsindən istifadə edir.
Jurnalist "adminstrasiyanın əməkdaşları məzuniyyətdə olarkən Prezidentdən gələn zəngə cavab verməyə bilərlərmi?" sualını verib. Peskov cavabında deyib: "Prezident xüsusi əlaqədən istifadə edir".
Peskov qeyd edib ki, elə bir qayda yoxdur ki, tətil, məzuniyyət zamanı bu cür xüsusi əlaqə vasitələri işə düşsün. Ona görə də, Rusiya Prezidentini adminstrasiyasının işçiləri məzuniyyət zamanı "iş proseslərindən tamamilə uzaqlaşmış" şəkildə istirahət edə bilərlər.
Rusiya Prezidentinin mətbuat katibi Yunaşevlə söhbəti zamanı həmçinin bildirib ki, xəbər aktivliyinin bir qədər azalmasına baxmayaraq, Putin bu yay hələ də məzuniyyətə çıxmayıb. Peskov etiraf edib ki, Rusiya liderinin məzuniyyət vaxtının az olması ona da təsir edir. Çünki o, Kreml rəhbəri ilə eyni həftələrdə məzuniyyətə çıxır.
Tural Tağıyev
Mənbə: publika.az