“Kalininqradın təhlükəsizliyi Rusiyanın bütün imkanları ilə təmin olunacaq” - Putin

“Kalininqradın təhlükəsizliyi Rusiyanın bütün imkanları ilə təmin olunacaq” -

Rusiya Prezidenti Vladimir Putin Kalininqrad vilayətinin təhlükə ilə üzləşəcəyi təqdirdə onun təhlükəsizliyinin ölkənin bütün imkanları hesabına təmin ediləcəyini bildirib.

Sankt-Peterburq şəhərində danışan prezident qeyd edib ki, bu məsələdə ön cəbhədə Rusiya Baltik Donanması dayanmalıdır.

“Şübhəsiz ki, Kalininqrad vilayəti üçün hər hansı təhlükə yaranarsa, onun təhlükəsizliyi Rusiyanın bütün imkanları ilə təmin ediləcək. Lakin təbii ki, ön sırada Baltik Donanması olmalıdır”, – deyə Putin bildirib.


Mənbə: bizim.media