Türkmənistan Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizindəki gəmilərə endirdiyi zərbələri pisləyib.
Bu barədə Türkmənistanın Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda bildirilir.
Bəyanatda deyilir: "Xəzəryanı dövlət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan daimi neytrallığa malik bir ölkə olaraq Türkmənistan Xəzər dənizinin sülh, harmoniya və mehriban qonşuluq dənizi olduğunu vurğulayır".
Qeyd olunur ki, Respublika Xarici İşlər Nazirliyi bu cür hərəkətlərin qəbuledilməz olduğunu bəyan edir.
Müəllif: Tural
Mənbə: publika.az