Tinatin Ruxadze Gürcüstanın mədəniyyət naziri vəzifəsindən istefa verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda nazirliyin rəsmi sosial media hesabında deyilir.
Onun getməsinə səbəb səhhətidir.
“Baş nazirlə məsləhətləşdikdən sonra mədəniyyət naziri vəzifəsindən istefa vermək qərarına gəldim. Səhhətimlə əlaqədar olaraq təcili müalicə kursuna ehtiyacım var ki, bu da nazir kimi vəzifələrimi layiqincə yerinə yetirməyimə mane olur”, - o bildirib.
Mənbə: qafqazinfo.az