Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün

Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü nəzərdə tutulmadığından qeyri-iş günləri yalnız həftəsonlarına təsadüf edəcək.

Belə ki, beşgünlük iş həftəsi ilə çalışanlar üçün avqust ayında ümumilikdə 10 qeyri-iş günü və 21 iş günü olacaq.

İstirahət günləri şənbə və bazar günlərinə – 1-2, 8-9, 15-16, 22-23 və 29-30 avqust tarixlərinə düşür.

Altıgünlük iş həftəsi tətbiq olunan müəssisələrdə isə ay ərzində 5 qeyri-iş günü nəzərdə tutulur. Bu halda istirahət yalnız bazar günlərinə təsadüf edir.


Beləliklə, avqust ayında əlavə rəsmi tətil və ya bayram günü olmayacaq. (milli.az)

Bizim.Media

Mənbə: bizim.media