Gürcüstan azərbaycanlıları deportasiya etdi

Gürcüstan azərbaycanlıları deportasiya etdi

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkədə qanunsuz olan 96 xarici vətəndaşı deportasiya ediblər.

Deportasiya edilənlər arasında Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, Nigeriya, Belarus, Kuba, Kot-d'İvuar, Madaqaskar, Albaniya, Özbəkistan, Livan, Mərakeş, İordaniya, Tailand və digər ölkələrin vətəndaşları var.

Deportasiya edildikdən sonra bütün bu şəxslərin Gürcüstana girişi qadağan edilib.

Son illərdə ölkə hakimiyyəti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini gücləndirib.

"Gürcü Arzusu" hökuməti immiqrasiya qanunlarını sərtləşdirib, əcnəbilərin yaşayış yerlərinin və iş yerlərinin yoxlanılmasının əhatə dairəsini genişləndirib və qanun pozucuları üçün deportasiya prosedurlarını sadələşdirib.

Bundan əlavə, xarici vətəndaşların xüsusi icazə olmadan Gürcüstanda işləməsi qadağandır.


Mənbə: unikal.az