Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bu gün İran İslam Respublikasının xarici işlər nazirinin müavini Həmid Qənbərini qəbul edib.
Xudatyan İranda müzakirə olunan geniş məsələlərin, eləcə də əldə edilən razılaşmaların yaxın gələcəkdə iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcəyini vurğulayıb.
Görüş zamanı enerji, nəqliyyat və yol tikintisi ilə bağlı məsələlər müzakirə olunub.
Xudatyan vurğulayıb ki, İran şirkətlərinin Ermənistandakı tikinti işlərində iştirak səviyyəsi heç vaxt bu qədər böyük olmayıb və bu, alqışlanarlı haldır.
Üçüncü 400 kV-luq Ermənistan-İran elektrik ötürücü xəttinin tikintisinin gedişi də müzakirə olunub və proqramın strateji əhəmiyyəti vurğulanıb.
Mənbə: unikal.az