Hörmüz boğazı üzrə razılıq əldə olundu, İranla bağlı növbəti mərhələ başlayır - Tramp açıqladı

Hörmüz boğazı üzrə razılıq əldə olundu, İranla bağlı növbəti mərhələ başlayır - Tramp açıqladı

Vaşinqton və Tehran Hörmüz boğazında gəmiçilik məsələlərinə dair artıq razılıq əldə edib.

Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

Onun sözlərinə görə, növbəti mərhələ İranın nüvə proqramı və İslam Respublikasının nüvəsizləşdirmə üzrə sazişin imzalanması olmalıdır.

Amerika lideri onu da qeyd edib ki, Vaşinqton və Tehran avqustun 3-də danışıqlar aparacaq. O, günün ikinci yarısında başlayacaq danışıqların gələcək eskalasiyanın qarşısını almağa imkan verəcəyinə ümid etdiyini vurğulayıb.

Mənbə: publika.az