Anna Akopyanı sosial şəbəkələrdə təhdid edirlər – ÖZÜNDƏN AÇIQLAMA – VİDEO

Anna Akopyanı sosial şəbəkələrdə təhdid edirlər –

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ailədaxili zorakılıq mövzusunu ictimai şəkildə gündəmə gətirdikdən sonra sosial şəbəkələrdə hədələr aldığını bildirib.

Akopyan bu səbəbdən həyatına təhlükə hiss etdiyini deyib.

"Ümid edirəm ki, dövlət qurumları buna imkan verməyəcək. Çünki baş nazirin həyat yoldaşının zorakılığın qurbanına çevrilməsi ölkənin nüfuzuna ciddi zərbə olar", – deyə o vurğulayıb.

Anna Akopyan qadınları psixoloji, fiziki, maliyyə və cinsi zorakılıq halları barədə açıq danışmağa və artıq buna dözməyəcəklərini bəyan etməyə çağırıb.

Onun sözlərinə görə, ailədaxili zorakılıq siyasi baxışından, təhsilindən və sosial vəziyyətindən asılı olmayaraq bütün qadınları narahat edən problemdir.

"Biz zorakılıq mədəniyyətinin həyatları məhv etməsinə və taleləri dağıtmasına imkan vermədən özümüzü, övladlarımızı, ailələrimizi və dövlətimizi qorumağa borcluyuq", – deyə Akopyan bildirib.


Bizim.Media

Mənbə: bizim.media