İlham Əliyevlə saziş imzalayan Japarovdan Rusiya ilə bağlı açıqlama

İlham Əliyevlə saziş imzalayan Japarovdan Rusiya ilə bağlı açıqlama

Qırğızıstan Rusiyanı strateji tərəfdaş kimi görür.

TASS agentliyinə istinadla xəbər verilkr ki, bunu Qırğızıstan Prezidenti Sadir Japarov 8-ci Qırğızıstan-Rusiya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Qırğızıstan Rusiya Federasiyasına strateji tərəfdaş və müttəfiq kimi baxır”, - deyə Japarov vurğulayıb. Siyasətçi həmçinin iki ölkənin ortaq tarixi və mədəni yaxınlığını qeyd edib.

Daha əvvəl Japarov Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkə arasında ittifaqın qurulmasına dair saziş imzalayıb. Bakı və Bişkek həmçinin enerji, nəqliyyat, kibertəhlükəsizlik və digər sahələrdə bir sıra ikitərəfli sazişlər imzalayıb.

Mənbə: publika.az