Pentaqon silah şirkətlərinə 21 gün vaxt verib

Pentaqon silah şirkətlərinə 21 gün vaxt verib

ABŞ Müdafiə Nazirliyi İranla müharibə fonunda silah ehtiyatlarının azalması səbəbindən ölkənin müdafiə şirkətlərindən istehsalı sürətləndirməyi tələb edib.

The Washington Post xəbər verir ki, ABŞ müdafiə nazirinin müavini Stiv Faynberq şirkətlərə kritik silahların istehsalı və çatdırılmasını artırmaq üçün plan hazırlamağa 21 gün vaxt verib
Məlumata görə, ABŞ ordusu THAAD sistemləri üçün raketlərin təxminən 80 faizini, "Patriot” raketlərinin isə təxminən yarısını istifadə edib.
Pentaqon silah istehsalının artırılması üçün yeni müəssisələrin və istehsal imkanlarının genişləndirilməsini də istəyib. Bununla belə, əlavə maliyyələşdirməni nəzərdə tutan 1,15 trilyon dollarlıq müdafiə xərcləri layihəsi hazırda Konqresdə təsdiqini gözləyir.

Mənbə: azxeber.com